ABŞ polisi ilə bağlı dəhşətli görüntülər yayılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Arizona ştatında yaşayan Robert Conson polislərin hücumuna məruz qalıb.

Hadisəyə səbəb ABŞ vətəndaşının ticarət mərkəzlərinin avtomobil dayanacağında lift gözləyərkən divara söykənməsi olub. Polislər ona düz dur əmri veriblər. Vətəndaş səbəbini soruşarkən isə ona təzyiq göstərərək döyüblər.

Faktla bağlı ərazinin təhlükəsizlik kameralarına düşən görüntülər dəlil olaraq aidiyyəti orqanlara göndərilib.

Məhkəmə qarşısına çıxan polislər həmin şəxsin onlara müqavimət göstərdiyini iddia edib. Məlumatda bildirilir ki, polislərin kimliyi bəlli olub və məsələ aydınlaşdırılana qədər işlərindən uzaqlaşdırılıblar.