Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda Acaristskali çayında raftinq zamanı 4 turist ölüb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, 6 nəfərin olduğu kiçik qayığın aşması nəticəsində 4 nəfər suda boğulub. Bədbəxt hadisə zamanı ölən turistlərin Ukrayna vətəndaşları olduğu bildirilir.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.