CNN televiziyasının tanınmış aparıcısı intihar edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Entoni Burden aparıcısı olduğu verilişin növbəti buraxılışına hazırlaşıb. Bunun verilişin yeni çəkimləri üçün o Fransanın Strasburq şəhərinə səfər edib.
E.Burdenin meyiti həmin şəhərdə qaldığı otel otağında tapılıb.
Qeyd edək ki, o 2017-ci ilin oktyabr ayında "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün Şuşaya səfər edib. Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyinə görə Xarici İşlər Nazirliyi onun adını "arzuolunmaz şəxslər" qara siyahısına daxil edib.