Avstriyanın baş naziri Sebastyan Kruz ölkəsində 7 böyük məscidin bağlandığını açıqlayıb.

Unikal.org milliyet-ə istinadən bildirir ki, Avstriya hökumətinin qərarını açıqlayan baş nazir bağlanan ibadətgahların siyasiləşdiyini, məhz buna görə də fəaliyyətlərinə xitam verildiyini qeyd edib. Məscidlərin axundları isə ölkədən deportasiya olunacaq.

Bağlanan məscidlərdən 1-nə Türkiyə Diyanət Vəqfinin maliyyə dəstəyi verdiyi bildirilir. Məscidlərin bağlanması ilə bağlı Ankaranın münasibəti özünü çox gözlətməyib. Türkiyə Xarici İşlər Nazirliyindən verilən bəyanatda Avstriyanın hazırkı hökuməti irqçilikdə suçlanıb.