"Neçə il qabaq demişəm ki, Azərbaycana Avroviziya lazım deyil. Avroviziya Azərbaycan xalqına nə verir axı? Yaxşı artistsənsə, yaxşı oxuyursansa millətin üçün çal, oxu, xaricdə olan Azərbaycanlılara konsert ver. Avroviziya, Asiyaviziya, Afrikaviziya, belə şeyləri kim çıxardır axı, hardan çıxardırlar, məqsədləri nədir? Heç bir mənası olmayan şeylərdir bunlar".
Unikal.org xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tibb elmləri namizədi Rəşid Mahmudov deyib.
R.Mahmudov Türkiyənin Avroviziyadan imtina etməsini dəstəkləyib: "Türkiyə yaxşı elədi ki, o musabiqədən imtina elədi, bu addım Türkiyəyə yaraşırdı. Biz də etməliyik mütləq şəkildə. Avropa birliyi üçün hər şey edirlər, məni Avropada tanısınlar deyə can atırlar. Məni Avropa Avroviziya ilə, şıllaq atmaqla tanımasın, elmimlə, mədəniyyətimlə, idmanımla tanısın. Avropa Birliyi xaçpərəstlərin birliyidir, oraya müsəlmanları qoymazlar. Türkiyədən demokratik dövlət yoxdu, amma onları o birliyə qoymurlar. Azərbaycanı da qoymazdılar, başımıza oyun açmaqla öz işlərini həyata keçirir deyə qoyublar".
Tibb elmləri namizədi qeyd edib ki, Azərbaycan da bu müsabiqəyə qoşulmamalıdır: "Milləti məhv etmək istəyirsənsə, onu kiçik alverlərə, çalıb oynamaqlara yönəlt. Millət o zaman məhvə gedəcək. Milləti bu cür şeylərə yox, elmə yönəldin. Avroviziya geylərin müsabiqəsidir, ora gedən kimi lüt soyunub bir-biriylə yaşayırlar. Bu bizə yaraşmaz axı. Avroviziyanın məqsədi geyləri təbliğ etməkdir, o musabiqə qoşulmaq lazım deyil, qoy geylər gedib öz Avroviziyalarını necə, harda edirlər eləsinlər. Bu yaramaz işlər bizə yaraşmır. Geylərin bütün hərəkətlərini ölkəmizdə yayırlar, ayıbdı vallahi. Biz müsəlman dövlətik, öz qayda qanunlarımız var, ailə məktəbimiz var. Qoy Avropa bunları bizdən öyrənsin, onların axmaqlıqlarını biz öyrənməyək. Avropanın elmini, texnologiyasını gətirsinlər ölkəmizə, Avroviziyası bizə lazım deyil".
R.Mahmudov sonda onu da bildirib ki, ziyalılarımız Avroviziyaya etiraz etməlidirlər: "Belə olmaz, bizim ziyalılarımız susur, dövlətin də, millətin də, xalqın da sərvəti onun ziyalısıdır. Əgər bir ziyalı yalaqdırsa, yaltaqdırsa, it yalına hürürsə vay o millətin hayına. Belə şeyləri qəbul etmək olmaz axı, ziyalılar bununla bağlı fikirlərin, mövqelərin bildirməlidirlər. Ancaq təəssüflər ki, biz yalanı sevirik. Yalanla sevirik, yalanla evlənirik, yalanla dövlət qururuq, axırımız da bu olur. Ziyalılarımız yalandan tərifləyirlər, doğrunu demirlər".