Tbilisidə Ədliyyə Evinin qarşısında Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin istefası tələbi ilə aksiya keçirilib.

Unikal.org xəbər verir ki, aksiyada bir neçə qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib.

Etirazçılar bildiriblər ki, T. Tsulukiani müstəqil prokuror seçə bilməyəcək və buna görə də o, dərhal istefa verməlidir. Aksiya iştirakçıları "Tea, get! şüarının olduğu qara şarları havaya buraxıblar.

Aksiya iştirakçıları həmçinin yeni ədliyyə nazirinin vətəndaş cəmiyyətinin konsensusu nəticəsində seçilməsini tələb ediblər.