Tunisdə qeyri-leqal miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində 74 nəfər ölüb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə ölkənin cənub-şərq sahillərində baş verib. Daha əvvəl Tunisin Daxili İşlər Nazirliyi 74 nəfərin cəsədinin tapıldığını bildirib.

Hadisə yerinə gələn milli qvardiya və Hərbi Hava Qüvvələrinin bölmələri 68 miqrantı xilas edib.