Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun birinci müavini Samir Məmmədovun Azərbaycan bayrağı ilə bağlı təxribatçı çağırışına sərt şəkildə münasibət bildirdi.
Hikmət Cavadov bildirir ki, biz separatçı şüarlar səsləndirməməliyik:
"Bizim bayrağımız ləkə götürməz. Biz erməni separatçılarının etdiyi hərəkətləri pisləyirik. Amma onların etdiklərini təkrarlamamalıyıq. Tarixi torpaqlarımızı geri aldıqdan sonra orada üçrəngli şanlı bayrağımız dalğalanacaq"
Qeyd edək ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun birinci müavini Samir Məmmədov Azərbaycan bayrağının üzərində əlavə rəng çaları qatmaqla təxribata əl atmışdılar.
Samir Məmmədov paylaşımında aşağıdakı fikri vurğulamışdı:
"İrəvan Demokratik Respublikasının bayrağı ilə geydirmə "DQR" cavab verək!
Mümkün qədər çox yayın bu bayrağı!"
Bildirmək istəyirik ki, üçrəngli bayrağımız üzərində hər hansı əlavə element, rəng çaları ilə qarşılaşdığınız təqdirdə həmin fotonu şikayət edin.