"Qondarma Dağlıq Qarabağdakı vəziyyət olduqca həssas məsələdir".
Bu barədə ABŞ dövlət katibi Con Kerri Vyana görüşündə bildirib.
Onun sözlərinə görə, vəziyyətin həssaslığı Qarabağda təhlükə yaradır.
Kerri ABŞ hökumətinin Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını tərəfdarı olduğunu vurğulayıb.
"Biz vasitəçilik haqqında danışmırıq. Lakin biz zorakılıq səviyyəsinin azaldığının və tərəflərin yaxşı nəticə əldə etmək üçün çalışdığını görmək istəyirik", - deyə Kerri söyləyib.
Qeyd edək ki, Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin Minsk qrupunun sədrliyi ilə görüşü keçirilir. ("Qafqazinfo")