Bu gün BMW avtokonserninə məxsus zavodda yanğın baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Almaniyanın Bavariya federal torpağının Landsxut şəhərindəki zavodda baş verib. İlkin məlumatda bildirilir ki, zavodun müəssisələrindən birində maqnezium tərkibli məhsullar yanıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım göndərilib. Hazırda yanğın baş vermiş ərazidə havanı qatı tüstü bürüyüb. Əhalini düşünüən yerli icra orqanları şəhər sakinlərini qapı və pəncərələrini bir müddət bağlı saxlamğa çağırıb. 

Hadisə səbəbindən dəmir yolunun Vert-an-der-İzar və Landsxut yaşayış məntəqələri arasından keçən hissəsində qatarların hərəkəti dayandırılıb.