Türkiyənin qərb bölgəsində 4,0 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yerli vaxtla saat 18:44-də qeydə alınan yeraltı təkanların episentri Muğla şəhərindən 101 km cənub-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.