Salyan sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, rayonun Aşağı Kürkənd sakini, 1961-ci il təvəllüdlü Axundov Cəmaləddin Əjdər oğlu işıq dirəyindən yıxılıb.

O, Salyan Rayon Xəstəxanasına çatdırılsa da, daxili orqanlarının zədələnməsi səbəbindən dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.