Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması parametrləri üzrə müzakirələr davam edəcəyi görüşü iyunda razılaşdırması planlaşdırılır.

Unikal.org Trend-ə istinadən bildirir ki, bunu çərşənbə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"İyunda Azərbaycan və Ermənistan Prezidentləri öz növbəti görüşünün vaxtını və yerini razılaşdıracaqlar", Lavrov bildirib.

Həmçinin o qeyd etdi ki, vasitəçilərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanmasına doğru irəliləmədir.

"Güzəşt həmişə mümkündür. Ən azı, əgər belə imkana olmasaydı, onda Rusiya, ABŞ və Fransa bununla məşğul olmazdı" - nazir bildirib.