Bakıda yeniyetmə qız anasının ona telefon verməməsi səbəbindən Xətai rayonunda, Sabit Orucov küçəsindəki binanın 11-ci mərtəbəsindən özünü yerə atıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, 2004-cü il təvəllüdlü Talıbova Fidan özünü yaşadığı mənzilin pəncərəsindən atarkən atası İlham Talıbova məxsus 90-NO-263 dövlət nömrə nişanlı "Toyoto" markalı avtomobilin üzərinə düşüb. Zərbənin təsirindən avtomobilin arxa şüşəsi sınıb, yük hissəsi əzilib.
Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Həmin fotoları oxuculara təqdim edirik:
Famil Fərhadoğlu