Rusiyanın Stavropol şəhərində ağır yol qəzası baş verib.

Unikal.org-un "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin mikroavtobusu şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dirəyə çırpılıb.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisənin səbəbləri araşdırılır.