Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının "Şəmkir sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfinÂdən Ağstafa rayoÂnunun Sadıxlı kəndinin arxa hüdudunda "QaraÂyazı dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən 3 km araÂlıda aşkarÂlanmış sahədə aqrotexniki qulluq olunmamış, hünÂdürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabanı halda bitməsi müəyyənləşib.
DSX-in mətbuat mərkəzindən unikal.org-a bildirilib ki, qeyd olunan çətənə kolları yerli icra nümayəndəliyi, meşə təÂsərrüfatı, Ağstafa rayonunun polis şöbəsinin əməkdaşÂlaÂrının iştiÂrakı ilə yığılaraq akt tərtib olunub və yandırılma yolu ilə məhv edilib.