Bakı Şəhər Baş Polis idarəsi Metropolitendə Polis Şöbəsindən relslərin üzərində şəkil çəkdirilməsinə münasibət bildirilib.
Unikal.org-a açıqlama verən şöbənin rəisinin müavini Vaqif İmanov bildirib ki, sözüdən fotodan xəbərdardırlar:
""Bakı Metropoliteni QSC-nin rəhbərliyinin icazəsi ilə stansiyada film çəkilişi aparılıb. Çəkilişdə iştirak edən Arzu Əhmədova əvvəlcədən sözügedən fotoları çəkib, sosial şəbəkədə paylaşıb".
Qeyd edək ki, "Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynovdur.
Zaurə Əmirova