Almaniyanın Qelzenkirxen şəhərində 43 yaşlı türk Ayşə Binək qatı millətçi tərəfindən döyülüb.

Unikal.org bildirir ki, insident şəhər bələdiyyəsinn yaxınlığında baş verib.

Zərərçəkən verdiyi açıqlamada baş örtüyündə olduğuna görə hücuma məruz qaldığını bildirib. Qadın avtomobili duracağa qoyan zaman, velosipeddə olan həmin şəxs onun qarşısını kəsib, və onu avtomobildən düşürərək döyməyə başlayıb.

Azğınlaşmış millətçinin əlindən qadını həmyerlisi xilas edib. Qadına əsassız şəkildə fiziki xəsarətlər yetirmiş kişi saxlanılaraq, polisə təhvil verilib.