Bakı Metropolitenin rəhbərliyi "Koroğlu stansiyasında əlillərin hərəkəti üçün nəzərdə tutulan yolu bağlayıblar.
Unikal.org xəbər verir ki, stansiyanın giriş pilləkənlərinin əlillərin istifadəsi üçün nəzərdə tutulan hissəsi ləğv olunub. Əlil arabaları ilə gediş-gəliş üçün nəzərdə tutulan zolağın üzəri örtülərək pilləkənlərə birləşdirilib. Maraqlıdır metro keçidinin bir tərəfində pilləkənlərədə əlillər üçün hissə olduğu halda, digər çıxışdan istifadə edən fiziki əngəlli şəxslər yollarına necə davam etsinlər? Fiziki əngəlli şəxslər yolu keçmək üçün metro keçidindən istifadə etməli olsalar, bir tərəfdəki pilləkənlərdən istifadə etsələr, yolun digər tərəfinə keçə bilməyəcəklər.
Nəzərə alsaq ki, pilləkənlərdə əlillərin istifadəsi üçün nəzərdə tutulan hissə Bakı Olimpiya Stadisonu istiqamətindədir. O zaman Bakı Metropoliteni həmçinin fiziki əngəlli şəxslərin idman yarışlarını da izləməkdən məhrum etmiş olur.
Famil Fərhadoğlu