Tovuz Rayonunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.
Bu barədə unikal.org-a ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşı İsmayıl Yunusov məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, rayonun Girzan qəsəbəsində qadağan olunmuş ov alətindən istifadə edib, balıq tutmaqla məşğul olan 2 nəfər saxlanılıb:
"Tovuz Rayon Girzan kənd sakinləri İmaməliyev Yadigar İlqar oğlu və Məmmədov Qələndər Yusif oğlu yüksək gərginlikli elektrik aparatından istifadə etməklə Kür çayının Girzan kəndindən keçən hissəsində balıq ovlayıblar. Bu zaman qanunu pozan şəxslər ETSN-nin müvafiq departamentinin əməkdaşları tərəfindən saxlanılıblar. Hazırda araşdırma aparılır və onlar barəsində iddia qaldırılacaq.
Famil Fərhadoğlu