Rusiya Təhlükəsizlik Şurasının iclasında digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi də müzakirə olunub.
 
Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Dmitri Peskov bildirib ki, iştirakçılar Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü kontekstində Dağlıq Qarabağ nizamlanması barədə fikir mübadiləsi aparıblar.