Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəki şəhərində vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, qəbul iyunun 29-da saat 09:30-da Şəki Olimpiya Mərkəzində (ünvan: Salman Mümtaz küçəsi 1) baş tutacaq.
Qəbulda Şəki, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının vətəndaşlar iştirak edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətti, həmçinin Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Salman Mümtaz küçəsi 23) ilə əlaqə saxlaya (əlaqə telefonları: 055-200-22-40, 050-280-48-48, 024-24-4-22-60) bilərlər.