Səudiyyə Ərəbistanında adları açıqlanmayan bəy və gəlinin hotel otağındakı ilk gecələri davayla başa çatıb.
Unikal.org xarici KİV-ə istinadən bildirir ki, telefonla təbrik mesajlarına cavab yazan gəlinin bu hərəkəti bəyi əsəbiləşdirib. Bəy gərdəyə girmək üçün gəlinə yaxınlaşmaq istəsə də telefonla mesajlaşan qadın onu özündən uzaqlaşdırıb. S. Ərəbistanının "Al Watan" qəzetinə məlumat verən bəyin qohumu bildirib ki, bəy hər nə qədər gərdək üçün gəlinə yaxınlaşmaq istəsə də, gəlin onun istəyini önəmsəməyib. Bundan şoka düşən bəy gəlinlə münaqişə edib və onunla boşanmaq istədiyini bildirərək hoteli tərk edib.