Misirdə Matruh-İsgəndəriyyə şossesində avtobus yük maşını ilə toqquşub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  qəza nəticəsində 8 nəfər həlak olub. Daha 27 nəfərin xəsarət aldığı bildirilir.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.