Yaponiyada xəstəxanaların birində çalışan, iki xəstəni öldürməkdə günhlandırılan tibb bacısının etirafı hər kəsi şoka salıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 2016-cı ildə iki qoca xəstəni zəhərləyərək öldürdüyü üçün saxlanılan 31 yaşlı tibb bacısı Ayumi Kuboki polisə ifadəsində daha çox cinayət törətdiyini etiraf edib.

Belə ki, o təxminən 20 nəfərə yaxın yaşlı xəstənin ölümünə səbəb olduğunu deyib.

Kuboki etiraf edib ki, xəstələrin ailələrinə ölüm xəbərini çatdırmaq istəmirmiş. Bu səbəbdən də o qurbanlarını başqa tibb bacılarının növbəsində ölməsi üçün əvvəlcədən zəhərləyirmiş.

Saxlanılan tibb bacısı bildirib ki, bu əməlini sağala bilməyəcəyini düşündüyü xəsətlərə qarşı törədib. Polis Kubokinin evində axtarışa başlayıb.