İngiltərədə yaşayan 15 yaşlı Şakira Pellou adlı qız nə olduğu bilinməyən narkotik tərkibli həb içdikdən sonra həyatını itirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ailəsi gənc qızın xəstəxanadakı son anlarında çəkilmiş bir fotosunu mətbuatla paylaşıb.

Şakiranın istifadə etdiyi dərmanın üzərində "Duplo" yazıldığı deyilir. Tərkibinin nədən ibarət olduğu bilinməyən həbi istifadə edən 15 yaşlı qızın orqanları sıradan çıxıb və infarkt keçirib.

Şakiranınn ailəsi bildirib ki, qızlarının şəkilini mətbuatla paylaşmalarının səbəbi gənclərin narkotik istifadəsinin nəticələrini görüb bu dəhşətli yoldan çəkindərməyə çalışmaqdır. Gənc qız ilə birlikdə narkotik istifadə edən digər uşaqlar da xəstəxanaya qaldırılıb. Ancaq onların həyati təhlükələri olmadığı üçün qısa müddət sonra ailələrinə təhvil verilib.