Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ABŞ Venesuela-Kolumbiya sərhədində təxribat hazırlayır.
Unikal.org-un məlumatına görə, Venesuela lideri qeyd edib ki, ABŞ-ın adı çəkilən iki ölkə arasında silahlı münaqişə yaratmaq niyyəti var.
O deyib: "Dəfələrlə demişəm, yenə deyirəm. ABŞ Venesuela və Kolumbiya arasında silahlı münaqişə yaratmaq üçün sərhəddə təxribat hazırlayır".
N.Maduro bununla əlaqədar hərbçiləri diqqətli və ayıq-sayıq olmağa çağırıb.