Pakistanın Mastunq şəhərində (Bəlucistan əyaləti) seçkiqabağı mitinq zamanı partlayış baş verib.

Unikal.org-un RT-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 70 nəfər ölüb, 25 nəfər yaralanıb.

İlkin məlumata əsasən, partlayış zamanı yeni təsis edilən"Balochistan Awami Party partiyasının lideri Navabzada Siray Raysanı həlak olub.

Qeyd edək ki, iyulun 25-də Pakistanda növbəti parlament seçkiləri keçiriləcək.