Hindistanın cənubunda yerləşən Tamil Nadu əyalətində Milli Fəlakət İdarəsinin apardığı təlim zamanı müəllim tullanmağa qorxan 19 yaşlı universitet tələbəsi olan qızı yoldaşlarının tutduğu təhlükəsizlik çadırına tullanması üçün itələyib.
Unikal.org-un "Hindustan Times"a istinadən məlumatına görə, polis bildirib ki, N.Loqeşvari binadan aşağı düşərkən başı 1-ci mərtəbənin çıxıntısına dəyib və ağır yaralananan tələbə xəstəxanada dünyasını dəyişib.
Gənc qızı itələyən müəllim saxlanılıb. Universitet rəhbərliyi hadisə ilə bağlı istintaq başladıb.
Hadisənin görüntüləri sosial mediada əks-səda doğurub.