Gürcüstanda Marneuli şəhərində  türkiyəli biznesmeni intim video ilə şantaj edən Azərbaycan vətəndaşı saxlanılıb. 

Unikal.org-un qonşu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, 1979-cu il təvəllüdlü S.Z. adlı qadın türkiyəli iş adamını intim həyatı ilə bağlı videosunu yaymaqla şantaj edib və pul istəyib. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qadın türkiyəli biznesmendən şantaj yolu ilə 300 lari məbləğində pul tələb edib. O, iş adamını intim həyatı ilə bağlı videonu sosial şəbəkələrdə yayacağı ilə bağlı hədələyib.

Bildirilir ki, saxlanılan S.Z. müvəqqəti şəkildə Marneulidə yaşayır və fahişəliklə məşğuldur.

Azərbaycan vətəndaşı tələb etdiyi məbləği iş adamından alarkən polis tərəfindən saxlanılıb. Onu 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.