Ermənistanda Vanadzor şəhərinin "Taronner" adlı ərazisində güclü partlayış qeydə alınıb.

Unikal.org erməni mətbuatına istinadən bildirir ki, partlayış "Taron-2" rayonu ilə qonşuluqda, dağlıq ərazidə yerləşən yüksəkgərginlikli elektrik dirəyində baş verib.

Hazırda həmin ərazidə işıqlar sönüb. İlkin ehtimala görə, işıq dirəyində qısaqapanma baş verib. Sakinlərin sözlərinə görə, belə hadisələr hər dəfə yağışlar yağanda baş verir.