Ermənistan Ədliyyə Nazirliyinin "Təcrübə mərkəzi dövlət təşkilatının Yerevandakı binasının fasadı uçub. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Unikal.org Ermənista mətbuatına istinadən xəbər verir ki, yaralı baş-beyin travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırlıb.
Xəsarət alanlar "Təcrübə Mərkəzi"nin əməkdaşıdır.
Hadisə ilə bağlı araşdırma aparılır.