Lənkəranda kişi meyiti tapılıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, rayonun Veravul kənd sakini, 31 yaşlı Ruslan Loğman oğlu Mirzəyevin son dəfə kənddə aprelin 25-də qohumlarının hüzr mərasimində görüldüyü deyilir. Ailə üzvləri əvvəllər də onun müxtəlif yerlərdə günəmuzd işləməsi səbəbindən evə gəlmədiyini bildiriblər. Ona görə də onun evə gəlməməsi hər hansı şübhə doğurmayıb.
Bu gün onun meyiti aşkarlanıb. Yaxınlarının dediyinə görə, əmisi kəndin kənarında olan əkin sahəsindəki ağacda onu asılmış vəziyyətdə aşkar edərək məlumat verib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potaloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. İlkin müayinə zamanı ölümün intihar olduğu qənaətinə gəlinib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.