Mersin bölgəsində həbsxanadan bir neçə günlük icazəli formada çıxan kişi arvadını öldürüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbsxanadan müvəqqəti icazə ilə evinə gedən 34 yaşlı Onur Canla həyat yoldaşı 27 yaşlı Sürəyya Can arasında mübahisə düşüb. Cütlüyün nəyin üstündə mübahisə etdiyi bilinmir.

Qonşularən bildirdiyinə görə cütlük bir-birinə həqarətlər etməyə başlayıb.

Mübahisə zamanı kişi həyat yoldaşını 4-cü mərtəbədən aşağı atıb. Qadın hadisə yerində ölüb. Qonşular hadisə ilə bağlı polisə məlumat verib.

Hadisə yerinə gələn polis əməkdaşları Onur Canı tutub. Cütlüyün Nazlı (10) və Ercan (9) adlı iki uşağı var.