
Türkiyədə İŞİD üzvü olduğu ehtimal edilən şəxs özünü partladıb.
Unikal.org-un yerli mətbuata istinadən verdiyi xəbərə görə, insident Türkiyənin Qaziantep şəhərində baş verib. Məlumata görə, terrorçu üzərindəki partladıcı qurğunu polis reydi zamanı işə salıb. Partlayış nəticəsində asayiş keşikçilərindən xəsarət alan olmayıb.