Çanaqqalanın Yenice mahalının Reşadiye kəndində 13 yaşlı nəvəsi S.Ş-yə 2.5 ildir təcavüz edən 64 yaşlı Y.Ş saxlanılaraq həbs olunub.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, babası 13 yaşlı qıza sonuncu dəfə təcavüz cəhdini ailəsi görüb və polisə məlumat verib.

Ailənin şikayətindən sonra saxlanılan 64 yaşlı kişi prokurorluğa verdiyi ifadəsində ittihamları rədd edib. Buna baxmayaraq o həbs olunaraq Çanaqqala Həbsxanaya göndərilib.

10 yaşından bəri babasının cinsi istismarına məruz qalan 13 yaşlı S.Ş pedaqoqların dəstəyi ilə ifadə verib. 13 yaşlı qız ifadəsində babasının ona qarşı cinsi istismarının təxminən 2,5 ildir davam etdiyini, qorxudan bu barədə ailəsinə heç nə danışa bilmədiyini deyib.

Həmçinin S.Ş-nin cib telefonu və "facebook hesabında babası Y.Ş (64) tərəfindən göndərilən yüzlərlə cinsi təcavüz məzmunlu mesaj təsbit edilib.

Bu hadisədən sonra Reşadiye kəndinin sakinləri Y.Ş-nin evini daşlayaraq hadisəyə sərt reaksiya verib. Hadisə ilə bağlı istintaq davam etdirilir.