Havay adaları yaxınlığında keçirilən beynəlxalq "RİMPAC təlimləri çərçivəsində ABŞ silahlı qüvvələri və onun müttəfiqləri "USS Racine gəmisi batırılıb.

Unikal.org olke.az-a istinadən xəbər verir ki, desant gəmisi artıq istismar müddətini başa vurduğu üçün belə qərar qəbul edilib.

Təlim zamanı gəmi Yaponiya hərbi hava qüvvələrinə məxsus təyyarələr tərəfindən aşkar edilib. Sonra isə yapon gəmiləri və ABŞ-a məxsus sahil raket kompleksi atəş açıb. Hədəfə 15 raket göndərilib.

Bu atəşlər nəticəsində gəmidə yanğın başlayıb. Amma gəmi üzməyə davam edib. Sonra isə gəmiyə "Mk48 torpedası ilə atəş açılıb. Nəticədə gəmi ikiyə bölünüb və bir saat ərzində Sakit okeanın dibinə gedib.