Almaniyanın Lübek şəhərində bıçaqla silahlanmış naməlum şəxs avtobusun sərnişinlərinə hücum edib.
Unikal.org Britaniya KİV-inə istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Polis hazırda cinayətin motivlərini aydınlaşdırır.