"Nazirlərin növbəti görüşü planlaşdırılır. Vaxt lazımdır ki, həmsədrlər hər şeyi dərindən öyrənsin. Amma artıq razılığa gəlmişik ki, sentyabrda növbəti görüş olsun.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
"Təklif var idi ki, BMT Baş Assambleyasının iclası çərçivəsində ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun. O ki qaldı yüksək səviyyəli - baş nazir və prezidentin görüşünə, Ermənistan tərəfi vaxt istəyib, - deyə o vurğulayıb.