Qazaxıstan Premyer Liqasında XX tura start verilib. 

Unikal.org xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeydanın komandası "Astana "Atıraunu qəbul edib.Liderlə autsayderin duelində meydan sahibləri qalib gəlib. Hər hissədə rəqib qapısından 1 top keçirən "Astana 2:0 hesablı qələbəyə sevinib. Start heyətində meydana çıxan Almeyda 90 dəqiqəni əvəzedilmədən keçirib. Ötən mövsümü icarə əsasında "Qarabağda keçirən Pedro Enrike isə ehtiyatda qalıb.

Qeyd edək ki, 21 oyunda 53 xal toplayan "Astana turnir cədvəlinə başçılıq edir. 44 xalla ikinci sırada qərarlaşan "Kayrat 19 görüşdə meydana çıxıb.