Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, şəhər sakini, N. Kazımlı Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək işlədiyi mağazadan 480 manat dəyərində "Samsung markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
Hadisəni törədən şəxsin rayonun Göyşaban kənd sakini Bilal Verdiyev olduğu müəyyənləşib və saxlanıldıqdan sonra oğurladığı mobil telefon ondan maddi sübut kimi götürülüb.
Lənkəran ŞRPŞ və DİN-in Kriminalistik Tədqiqatlar idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı B. Verdiyevin digər oğurluq əməlləri də üzə çıxıb. Onun bu ilin iyulunda rayon ərazisində 2 avtomobildən 500 manat pul və maqnitofon oğurladığı müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.