Kürd hərbi birləşmələri İŞİD-in paytaxtı Rakka şəhərinə hücum etməyi planlaşdırırlar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İraq və Suriya kürdlərinin özünümüdafiə qüvvələri hücumu beynəlxalq koalisiyanın hava dəstəyi ilə birlikdə həyata keçirəcək.
Artıq dinc sakinlərin Rakkanı tərk etməyə başladığı bildirilir.
Xarici jurnalistlər ötən həftə İŞİD-ə yekun hücum üçün Kürdüstan Demokratik İttifaqının sədri Saleh Müslimin beynəlxalq koalisiyanın üzvləri ilə Xarab İşk kəndində gizli görüş keçirdiyini yazıb.
Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Stiven Uorren isə Rakkada fövqəladə vəziyyətin elan olunduğunu və İŞİD-in uzunmüddətli mühasirəyə hazırlaşdığını yazıb.