Meksikanın paytaxtı Mexiko şəhərində baş verən hadisə hər kəsi təəccübləndirib.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı qadın psixoloq cinsi əlaqəyə girdiyi şəxsdən onu boğmasını istəyib. Tania Trinidad Paredes adlı qadının bu arzusu onun ölümünə səbəb olub. Conatan Ruiz Torres adlı kişi gənc psixoloqun ölümündə şübhəli olaraq saxlanılıb. Conatan Tanianın cinsi əlaqə zamanı özünün belə hərəkəti istədiyini və ölümünün yanlışlıq nəticəsində oluğunu ifadə edib: "Hadisə baş verən gün içkili idik. Tania mənimlə cinsi əlaqəyə girdi və bu zaman məndən boğazını sıxmağımı və ona şillə vurmağımı istədi"
Həkimlər ölümə psixoloqun boğulmasının səbəb oluğunu bildiriblər. Bundan başqa, Tanianın boynunun qırıldığı məlum olub. Hadisəylə bağlı araşdırma davam etdirilir.