Rumıniyanın Suçava bölgəsində iki yüngül mühərrikli təyyarənin toqquşması nəticəsində pilotlardan biri ölüb, digəri yaralanıb.
Unikal.org "Agerpres-ə istinadən xəbər verir ki, məlumatı Rumıniyanın Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi yayıb.
Hadisə Suçava bölgəsinin Freteuts yaşayış məntəqəsində təlim-məşq uçuşu zamanı baş verib. Pilotlardan biri ölüb, digəri isə helikopterlə xəstəxanaya çatdırılıb.
Müffətişliyin məlumatına əsasən, hər iki təyyarə uçuş-eniş zolağından kənara düşüb.