Yaponiyanın Tiba prefekturasının sahillərində tankerdə yanğın baş verib.
Unikal.org bildirir ki, yanğın mühərrik hissəsində başlayıb. Yanğının söndürülməsi üçün hadisə yerinə 4 qayıq və helikopter cəlb edilib. Xəsarət alanlar barədə məlumat verilmir.
"Front Hakata" tankeri Səudiyyə Ərəbistanında Yaponiyaya neft çəhsulları daşıyırmış. Tankerdə 25 nəfər olub, onların hamısı Hinsidistan vətəndaşıdır.