Sumqayıt şəhərində 22 yaşlı gənc kabab bişirərkən yanıb.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki Gecəqondu məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Araz Arzu oğlu İsmayılovyaxınları ilə birgə manqal qalamaq istəyib. O, kömürün üzərinə kerosin əvəzinə səhvən benzin töküb. Nəticədə gənc və yaxınlıqda olandigər bir nəfər yanıq xəsarətləri alıblar. Yaralılar Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasına aparılıblar. A.İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir. Digər yaralı isə müalicədən imtina edərək xəstəxanadan qaçıb.

Hazırda baş vermiş hadisənin dəqiq səbəbləri araşdırılır.