Bakı-Sumqayıt yolunun 20-ci km-də yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, qəza Sumqayıt istiqamətində hərəkətdə olan "Opel" markalı minik avtomobilinin arxadan "Shacman" markalı yük maşınına çırpılması nəticəsində qeydə alınıb.
Hadisə nəticəsində bir nəfər şok vəziyyətinə düşüb. Bundan əlavə Sumqayıt istiqamətində maşınların hərəkətində çətinlik yaranıb.