Bakıda mağazadan oğurluq edən şəxs saxlanılarkən intihara cəhd edib.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində baş verib.
Qeyd edilən ünvanda yerləşən marketdən 41 manat dəyərində yağ oğurlayarkən saxlanılan şəxs intihara cəhd edib.
Bakı sakini, 1975-ci il təvəllüdlü Kənan Mehrəliyev saxlanılarkən şüşə parçası ilə hər iki biləyini kəsib.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. K.Mehrəliyev Travmatologiya İnstitutunda tibbi yardım aldıqdan sonra polis bölməsinə aparılıb.
İzahatı alındıqdan sonra da sərbəst buraxılıb.