Mayın 22-nə keçən gecə paytaxtın Heydər Əliyev prospektində, "Koroğlu" metrostansiyasının yaxınlığında ağır yol qəzası baş verib.
 
85 BL 777 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil işıq dirəyinə çırpılıb.
 
Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
 
Faktla bağlı araşdırma aparılır.(haqqin.az)