"Türkiyə və Rusiyanın XİN başçıları Dağlıq Qarabağ problemi də daxil olmaqla, bir sıra münaqişələrin sülh yolu ilə həllinə dair ümumi yanaşmaları müzakirə ediblər".
Unikal.org-un məlumatına görə, bunu Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib.